İDMAN


“Mançester Yunayted” klubunun keçmiş məşqçisi “Neftçi” ilə birillik müqavilə imzalayıb

Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

“Mançester Yunayted” klubunun keçmiş məşqçisi Mik Benet “Neftçi” ilə birillik müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, Mik Benet “Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Əlli beş yaşlı ingiltərəli mütəxəssis 1979-1994-cü illərdə İngiltərənin “Bolton Uonderers”, “Vulverhempton Uonderers”, “Kembric Yunayted”, “Preston Nort End”, “Karlayl Yunayted” və Finlandiyanın “Koparit” klublarında oynayıb.

Məşqçi kimi İngiltərənin “Bolton Uonderers” U-12, U18 (1999-2010), “Yovil Taun”un akademiyası (2010-2011), “Uiqan Atletik” U-16 (2011-2012), “Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və 2014-2018-ci illərdə Bakıda yerləşən “Mançester Yunayted” uşaq məktəbində çalışıb. O, UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.