İDMAN


“Mançester Yunayted”in futbolçusu Poqba komandanın Dubaydakı hazırlığına qatılmayıb

Bakı, 7 yanvar, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” futbol klubunun fransız yarımmüdafiəçisi Pol Poqba “Tottenhem” ilə oyundan əvvəl Dubayda təşkil olunan təlim-məşq toplanışına qatılmayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, buna “Nyukasl” ilə oyunda futbolçunun zədələnməsi səbəb olub. Poqbanın oyundan əvvəl komandaya qoşulacağı gözlənilirdi.

“Tottenhem” və “Mançester Yunayted” arasında oyun yanvarın 13-də Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Mançester Yunayted” cari mövsümdə İngiltərə çempionatında keçirdiyi 21 oyundan 38 xal toplayaraq turnir cədvəlində altıncı yerdədir. “Tottenhem” isə 21 oyuna 48 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Poqba “Mançester Yunayted” klubunun heyətində dekabrın ən yaxşı oyunçusu seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.