İDMAN


“Mançester Yunayted”in məşqçisi əfsanəvi Mett Basbinin rekordunu təkrarlayıb

Bakı, 7 yanvar, AZƏRTAC

“Mançester Yunayted” komandası futbol üzrə İngiltərə Kubokunun 1/32 final mərhələsində öz meydanında “Redinq”ə qarşı keçirdiyi matçda 2:0 hesabı ilə qalib gəlib. Qolları Xuan Mata (22-ci dəqiqə) və Romelu Lukaku (45-ci dəqiqə) vurublar.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, “Mançester Yunayted”in məşqçisi Ule Qunnar Sulşer deyib: “Biz o qədər də yaxşı oynamadıq. Görüşün ilk 5 dəqiqəsində rəqib komanda oyuna nəzarət edirdi və biz lazımi sürət toplamaq üçün bir qədər vaxt itirdik. Lakin bizim komandanın heyətində 9 dəyişiklik edildi, buna görə məsuliyyət mənim üzərimə düşür. Mən bizim futbolçuların qarşısında duran vəzifəni mürəkkəbləşdirdim, çünki onlar birlikdə az oynayırdılar. Amma hər halda, bütün çətinliklərə baxmayaraq biz iki qol vurmağa və qələbə qazanmağa nail olduq”.

Ule Qunnar Sulşer dekabrın 19-dan “Mançester Yunayted”in məşqçisi vəzifəsindən azad olunmuş portuqaliyalı Joze Mourinyunu əvəz edib. “Mançester Yunayted” Ule Qunnar Sulşerin rəhbərliyi altında dalbadal 5-ci dəfə qələbə qazanıb.

Norveçli mütəxəssis komandanın baş məşqçisi kimi ilk 5 matçın hamısında qələbə qazanmaqla Mett Basbinin rekordunu təkrarlayıb. Bundan əvvəl “Mançester Yunayted” İngiltərə çempionatında “Kardiff” (5:1), “Haddersfild” (3:1), “Bornmut” (4:1) və “Nyukasl” (2:0) komandalarına qalib gəlib.

Mett Basbi futbol tarixində ən yaxşı məşqçilərdən biridir. “The Times” nəşrinin versiyasına görə İkinci Dünya müharibəsindən sonrakı dövrdə ən yaxşı məşqçilərin siyahısında Basbi ikinci yeri, “Football Pantheon” nəşrinin versiyasına görə isə bütün zəmanələrin ən yaxşı məşqçilərinin siyahısında 11-ci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.