İDMAN


“Mançester Yunayted”in yetirməsi karyerasını ABŞ-da davam etdirəcək

Bakı, 22 fevral, AZƏRTAC

Futbol üzrə İngiltərə yığmasının sabiq üzvü, “Mançester Yunayted”in yetirməsi olan Rayan Şoukross “Stok Siti”dən ayrılıb.

AZƏRTAC xəbər verir ki, 14 il “Stok Siti”nin şərəfini qoruyan 33 yaşlı mərkəz müdafiəçisi karyerasını ABŞ-da davam etdirəcək. O, Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubuna keçib. Artıq MLS təmsilçisi də bu transferi rəsmən açıqlayıb.

Şoukross “Mançester Yunayted”in yetirməsi olsa da, bu komandada forma geyinmək şansı qazanmayıb. Peşəkar karyerasına “Antverpen”də başlayan futbolçu 2007-ci ildən “Stok Siti”də çıxış edib. O, bu komandanın heyətində 453 matça çıxıb, 25 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.