DÜNYA


Mançester stadionunda törədilmiş partlayış nəticəsində 19 nəfər ölüb

Bakı, 23 may, AZƏRTAC

İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Yerli polis hadisənin terror aktı nəticəsində baş verdiyini bildirir. Həmçinin polis, şəhər mərkəzindəki kilsənin həyətində şübhəli bir paketin də aşkar olunduğunu bildirib.

Qeyd edək ki, 21 min tamaşaçı tutumuna malik “Mançester Arena” 1995-ci ildə istifadəyə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.