ELM VƏ TƏHSİL


Maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu Yerə qayıdıb

Bakı, 9 mart, AZƏRTAC

İlon Maskın “SpaceX” şirkətinin Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi maneken-pilotla sınaq uçuşu həyata keçirən “Dragon” kapsulu martın 8-də Yerə qayıdıb.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, martın 2-də “Dragon” pilot kapsulu “Falcon 9” raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılmışdı. O, martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşmiş və müvafiq sınaq tədqiqatları aparmışdı. Kosmik aparat cümə günü Bakı vaxtı ilə saat 17:45-də xüsusi paraşütlərin köməyi ilə Florida ştatındakı “Cape Canaveral” kosmodromuna 450 kilometr məsafədə Atlantik okeanına enib. NASA-nın məlumatında bildirilir ki, “Dragon”un pilotlu uçuşu iyul ayına planlaşdırılır.

“Dragon” kapsulu “GO Searcher” gəmisi ilə sudan çıxarılaraq kosmodroma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.