SİYASƏT


Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik VİDEO

Roma, 18 may, AZƏRTAC

Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano mayın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşündən sonra bildirib.

O qeyd edib ki, görüşdə bütün istiqamətlərdə, xüsusilə də ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin inkişafı üçün atıla biləcək addımlar ətrafında söhbət aparıldığını vurğulayan Manlio Di Stefano bildirib: “İnanıram ki, parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.