DÜNYA


Maqnitoqorskda yaşayış binasının dağıntıları altından bir tacik ailəsinin dörd üzvünün nəşi çıxarılıb

Düşənbə, 3 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Bu gün səhər saatlarında dağıntılar altından bir tacik ailəsinin dörd üzvünün nəşi çıxarılıb.

AZƏRTAC xəbər verir ki, onlar 24 yaşlı Racabmo İsaev, həmçinin 3, 4 və 6 yaşlı uşaqlardır. Ailənin başçısı Şuxrat Ulfatov da ağır yaralanıb, o, reanimasiya şöbəsinə yerləşdirilib. Bu haqda Tacikistanın Yekaterinburqdakı baş konsulu Safar Safarov məlumat verib. Baş konsul deyib ki, dağılan blokda yaşayan digər tacik Muxammadrozik Samievin yeddi nəfərlik ailəsinin üzvləri ilk saatlarda dağıntılar altından çıxarıldığından hamısı sağdır, onlar kiçik zədə alıblar və həyatları üçün təhlükə yoxdur. Burada yaşayan Alimşo adlı tacik də yüngül xəsarət alıb və yaralı olmasına baxmayaraq dağıntılar altından dörd nəfəri çıxarıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.