DÜNYA


Maqnitoqorskdakı yaşayış binasında baş vermiş partlayışdan sonra 400-dən çox insan evsiz qalıb VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Rusiyanın Maqnitoqorsk şəhərində partlayış nəticəsində dağılmış yaşayış binasının 400-dən çox sakininin mənzilə ehtiyacı var.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti sosial münasibətlər naziri Tatyana Nikitina jurnalistlərə məlumat verib.

“Binanın yeddinci və səkkizinci blokları söküləcək, oradakı mənzillərdə yaşayış qeyri-mümkündür. İlkin hesablamalara görə, qeydiyyatda olmayanları nəzərə alsaq 403 nəfərin mənzilə ehtiyacı var”, - deyə nazir əlavə edib.

T.Nikitinanın sözlərinə görə, evsiz qalan hər bir ailəyə xüsusi diqqətlə yanaşılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.