İDMAN


Maqnus Karlsen “Aimchess USRapid” turnirinin qalibi olub

Bakı, 6 sentyabr, AZƏRTAC

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, final mərhələsində mübarizə aparan Maqnus Karlsen rusiyalı şahmatçı Vladimir Artemiyevi məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da “Aimchess USRapid” turnirində iştirak edib. Şahmatçımız dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.