İDMAN


Maqnus Karlsen “Chessable Masters” şahmat turnirinin qalibi olub

Bakı, 4 iyul, AZƏRTAC

Norveçli dünya çempionu Maqnus Karlsen “Chessable Masters” şahmat turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, M.Karlsen finalda mübarizə apardığı hollandiyalı Aniş Giriyə ikinci matçda da qalib gəlib.

“Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.