İDMAN


Maqnus Karlsen “Grand Chess Tour 2019”un birinci mərhələsinin qalibi olub

Bakı, 13 may, AZƏRTAC

Fil Dişi Sahilinin paytaxtı Abican şəhərində şahmat üzrə “Grand Chess Tour 2019” seriyasının birinci mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Abicanda keçirilən mərhələ çərçivəsində rapid və blitz turnirləri oynanılıb. Yekun nəticələrə görə, norveçli dünya çempionu Maqnus Karlsen 26,5 xalla turnirdə birinci yeri tutub. İkinci və üçüncü pillələrdə müvafiq olaraq amerikalı Hikaru Nakamura və fransalı Maksim Vaşye-Laqrav qərarlaşıblar.

Səkkiz mərhələdən ibarət “GCT 2019”un ümumi mükafat fondu 1 milyon 750 min ABŞ dollarıdır. Seriyanın növbəti mərhələsi şahmatın klassik növü üzrə iyunun 24-dən iyulun 9-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.