İDMAN


Maqnus Karlsen “New In Chess Classic” turnirinin qalibi olub

Bakı, 3 may, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” mərhələsində qalib müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Hikaru Nakamura ilə çavab matçında 2:2 hesablı heç-heçə edib. M.Karlsen birinci matçda H.Nakamuraya qalib gəldiyi (3:1) üçün mərhələnin qalibi olub.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanı məğlub edərək bürünc medal qazanıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.