İDMAN


Maqnus Karlsen blits üzrə dünya çempionatının qalibi olub

Bakı, 30 dekabr, AZƏRTAC

Sankt-Peterburqda keçirilən blits üzrə dünya çempionatına dekabrın 30-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mundialda dünya çempionu adına şahmat tacının hazırkı sahibi, norveçli Maqnus Karlsen sahib olub. Norveçli şahmatçı 21 turdan 17 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Polşa təmsilçisi Jan Kriştof Duda 16,5 xalla gümüş, amerikalı Hikaru Nakamura 14,5 xalla bürünc medallara layiq görülüblər.

Azərbaycan şahmatçısı, iki gün əvvəl rapid üzrə dünya çempionatının gümüş medalını qazanan Şəhriyar Məmmədyarov bu dəfə 13-cü yerlə kifayətlənməli olub. Şahmatçımız 13,5 xal toplayıb. Rauf Məmmədov 12,5 xalla 32-ci, Qədir Hüseynov isə 12 xalla 49-cu pillələrdə qərarlaşıblar.

Qadınların yarışında isə 17 turdan sonra ən yüksək nəticəni 13,5 xalla Rusiya təmsilçisi Katerina Laqno göstərib. İranlı Xademalşareh Sarasadat 13 xalla ikinci, çinli Tinqce Ley 12 xalla üçüncü pillələrdə yer alıblar.

Azərbaycanın qadın şahmatçıları arasında ən yüksək nəticəni Zeynəb Məmmədyarova göstərib. O, 11 xalla 10-cu yeri tutub. Gülnar Məmmədova 10,5 xalla 23-cü, Türkan Məmmədyarova və Günay Məmmədzadə hərəyə 10 xalla 23-cü və 25-ci yerlərdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.