İDMAN


Maqnus Karlsen super turnirdə liderliyi ələ alıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Dünya çempionu norveçli Maqnus Karlsen Stavangerdə keçirilən şahmat üzrə super turnirdə liderliyi ələ alıb.

AZƏRTAC xəbər verir ki, səkkizinci turda həmyerlisi Aryan Tarı ağ fiqurlarla məğlub edən M.Karlsen səkkizinci turdan sonra 16,5 xalla turnir cədvəlinə liderlik edir.

Turnirin digər oyunçuları amerikalı Fabiano Karuana iranlı Alireza Firuzcaya (FIDE-nin bayrağı altında oynayır), polşalı Yan Kşiştov Duda erməni Levon Aronyana qalib gəliblər.

Doqquzuncu turun oyunları oktyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, oktyabrın 16-dək davam edəcək turnir altı şahmatçının iştirakı ilə keçirilir.

Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Keçən il M.Karlsen analoji turnirin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.