RƏSMİ SƏNƏDLƏR


Maqomedali Maqomedovun doğmalarına və yaxınlarına

Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Maqomedali Maqomedov Azərbaycan və Dağıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad ab-havasının möhkəmlənməsinə sanballı töhfə verib.

Maqomedali Maqomedoviç Maqomedov ilə Heydər Əlirza oğlu Əliyev arasında yaranmış dostluq münasibətlərini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

Maqomedali Maqomedovun nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.

Bu ağır itki ilə əlaqədar sizin kədərinizə şərik çıxır və səmimi qəlbdən başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 dekabr 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin