İDMAN
Maradona “Dorados” klubunun baş məşqçisi vəzifəsindən istefa verib
Bakı, 14 iyun, Nicat Məmmədov, AZƏRTAC
Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məşqçisi karyerasını başa vurub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə onun vəkili Matias Morla özünün “Twitter” hesabında bildirib.
Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə “Dorados”dakı postunu tərk edib.
“Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək”, - Morla qeyd edib.
Məşqçinin gedişi haqqında informasiyanı futbol klubundan da təsdiqləyiblər.
Dieqo Maradona Meksikanın ikinci divizionunda “Dorados” futbol komandasına 2018-2019-cu illər mövsümündə başçılıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]