İDMAN


“Marafon” idman klubu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı, 15 oktyabr, AZƏRTAC

“Marafon” idman klubu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

AZƏRTAC xəbər verir ki, klub Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik nümayiş etdirərək min manat məbləğində yardım edib.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

“Marafon”dan bildirilib ki, Silahlı Qüvvələrə dəstək həm də birlik, bərabərlik dəstəyidir. 2015-ci ildən idmanın müxtəlif növləri üzrə fəaliyyət göstərən klub ordumuza uğurlar arzu edir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.