İDMAN


Marafon qaçışı üzrə dünya rekordçusu Kipçoqe 2018-ci ilin ən yaxşı yüngül atleti seçilib

Bakı, 5 dekabr, AZƏRTAC

Marafon qaçışı üzrə dünya rekordçusu keniyalı Eliud Kipçoqe 2018-ci ilin ən yaxşı yüngül atleti seçilib. Mükafat Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) Monakoda keçirilən ənənəvi mərasimdə 34 yaşlı idmançıya təqdim olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kipçoqe sentyabrın 16-da keçirilən Berlin marafonunda 2 saat 1 dəqiqə 39 saniyə nəticə ilə yeni dünya rekorduna imza atıb. O, bununla soydaşı Dennis Kimettonun nail olduğu dünya rekordunu 1 dəqiqə 18 saniyə təzələyib.

Keniyalılar Timoti Çerut (1500 m məsafəyə qaçış) və Emmanuel Korir (800 m məsafəyə qaçış), amerikalılar Kristian Koulman və Noa Laylz (hər ikisi qısa məsafəyə qaçış), fransız Kevin Mayer ( çoxnövçülük), yeni zelandiyalı Tomas Uolş (yadro itələmə), qətərli Əbdürrəhman Samba (400 m məsafəyə maneələrlə qaçış), isveçli Arman Dyuplantis (şüvüllə tullanma) və CAR idmançısı Luvo Manyoqa (uzunluğa tullanma) 2018-ci ilin ən yaxşı yüngül atleti mükafatına namizədlər arasında olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.