SİYASƏT


Maria Ubac Font: Azərbaycanda əlverişli biznes mühiti Andorra şirkətlərinin əməkdaşlığa marağını artırır

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Azərbaycanın Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Nazir görüş zamanı, qarşı tərəfə bölgəmizdə postmünaqişə dövründə yaranmış son vəziyyət barədə məlumat verib.

Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font Azərbaycan ilə Andorra arasında münasibətlərdən məmnunluğunu ifadə edib. O, hər iki ölkənin dağlıq ərazidə yerləşdiyini diqqətə çatdıraraq, bir sıra beynəlxalq təşkilatlarda bu istiqamətdə mövcud forumlarda əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını qeyd edib. Andorralı nazir bildirib ki, Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu yerli şirkətlərin ölkəmizlə əməkdaşlığa marağını artırır.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.