İDMAN
Marian Kolev: Avropa çempionatının qalibi olduğumuz üçün çox sevinirəm
Bakı, 27 may, AZƏRTAC
Komandamız qitə çempionatına ciddi hazırlaşmışdı. Qələbə qazanacağımıza inanırdıq. Azərbaycan komandasının qitə çempionatının qalibi olmasına çox sevinirəm.
Bunu Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aerodans proqramında qızıl medal qazanan Azərbaycan komandasının baş məşqçi Marian Kolev AZƏRTAC-a müsahibəsində deyib.
Üç gün davam edən çempionatda azarkeşlərin gimnastlara dəstəyinin əhəmiyyətini xüsusi vurğulayan mütəxəssis deyib: “Yarışların keçirildiyi müddətdə azarkeşlər gimnastlara fəal dəstək verdilər. Bu, komandamız üçün xüsusilə vacib idi. Bizi dəstəklədiklərinə görə azarkeşlərə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Azərbaycan gimnastları aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının böyüklər arasında aerodans proqramında qızıl medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]