İDMAN


Mariana Vasileva: Bədii gimnastika üzrə Azərbaycan yığması dünya çempionatında iştirak edəcək

Bakı, 10 avqust, AZƏRTAC

Bu gün Bakıda, Milli Gimnastika Arenasında növbəti yarışlara – bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib. Yarışlarda balacalar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilir. Hər iki yarışda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva avqustun 10-da AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Baş məşqçi bildirib: “Böyüklərin yarışında gimnastlarımız Zöhrə Ağamirova, Darya Sorokina, Veronika Qudis Bakı birinciliyində deyil, Azərbaycan çempionatında iştirak edirlər. Yarışlar çərçivəsində milli komandamız nümunəvi çıxışlar da təqdim edəcək. Millimizin gimnastları Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova, Ayşən Bayramova və Aliyə Paşayeva bir ay sonra dünya çempionatında iştirak edəcəklər. Ona görə də bu gün onlar tamaşaçıları və gimnastika həvəskarlarını sevindirmək istəyirlər”.

Mariana Vasileva yarışları izləmək üçün Milli Gimnastika Arenasına gələn valideynlərə və azarkeşlərə gimnastlarımıza dəstək olduqları üçün təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.