SİYASƏT


Marına Qonçaruk: Belə tədbirlər Azərbaycanın dünyada yüksək nüfuzuna dəlalət edir

Bakı, 17 iyun, AZƏRTAC

Bakı belə forumların keçirilməsi üçün mühüm məkana çevrilir. Müxtəlif ölkələri təmsil edən liderlər beynəlxalq gündəlikdəki məsələləri müzakirə etmək üçün burada toplaşırlar. Belə tədbirlərin keçirilməsi Azərbaycanın əhəmiyyətini daha da artırır.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marına Qonçaruk bu fikirləri Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı forumunda jurnalistlərə müsahibəsində söyləyib.

Marına Qonçaruk qeyd edib ki, belə tədbirlərin keçirilməsi və orada müxtəlif dövlətlərin liderlərinin iştirakı beynəlxalq dialoqun inkişafında Azərbaycanın aparıcı rollardan birini oynamasının təsdiqidir. O deyib: “Azərbaycanda insan haqları, beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü məsələləri müzakirə edilir, həm də bu ölkə belə dəyərlər uğrunda mübarizə aparır, beynəlxalq dialoqun inkişafında, vacib tədbirlərin keçirilməsi üçün məkanlar təqdim edilməsində mühüm rol oynayır”.

Marına Qonçaruk Azərbaycana artıq onuncu dəfə səfər etdiyini vurğulayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi deyib: “Azərbaycan mənim ikinci evimdir. Doğma, dost Azərbaycan xalqının səmimiyyəti, qonaqpərvərliyi, tolerantlığı sayəsində qonaqlar Azərbaycanda özlərini evlərindəki kimi hiss edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.