İDMAN


Mario Balotelli karyerasını yenidən İtaliyada davam etdirə bilər

Bakı, 9 yanvar, AZƏRTAC

Fransanın "Nitsa" klubunun italiyalı hücumçusu Mario Balotelli ölkəsinin dörd klubuna təklif olunub.

AZƏRTAC "Football İtalia" nəşrinə istinadla xəbər verir ki, futbolçunun agenti Mino Rayola onu "Parma", "Sampdoriya", "Sassuolo" və "Bolonya" klublarına təklif edib.

Futbolçunun hazırkı klubundan ayrılmaq istəməsinin səbəbi isə onun "Nitsa"nın baş məşqçisi Patrik Viera ilə yola getməməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.