MƏDƏNİYYƏT


Marionet Teatrı tamaşaçılarını dəvət edir

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı Marionet Teatrı yanvarın 18-dən 25-dək Ü. Hacıbəylinin “Arşın mal alan” operettasını tamaşaçıların ixtiyarına verəcək.

AZƏRTAC xəbər verir ki, tamaşa sənət ocağında ilk dəfə 30 il bundan öncə səhnələşdirilib.

12 pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tarlan Qorçu, Zeynəb Kaadzedir.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü va sonuncu musiqili komediyası yazıldığı dövrdən (1913) Azərbaycan səhnəsinin bəzəyi olub, həmçinin müxtəlif xarici ölkələrdə va dillərdə tamaşaya qoyularaq daima izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.