SİYASƏT


Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir

Oradur-sür-Qlan, 6 may, AZƏRTAC

İnsan övladı belə vəhşilik törədə bilməz. Belə vəhşiliyi törədənlərə insan demək olmaz. Heç cür anlaya bilmirəm ki, bu vəhşiliyi insan törədib. Faşizmə rəğbət bəsləyənlər insan deyillər.

Bu sözləri Fransanın əhalisi faşistlər tərəfindən amansızlıqla qətlə yetirilən Oradur-sür-Qlan qəsəbəsinin ziyarətçisi Mariya Odriskol AZƏRTAC-a müsahibəsində söyləyib.

O qeyd edib ki, dünyada faşizmin səbəb olduğu cinayətlərin misli-bərabəri yoxdur. Buradakı vəhşiliyin miqyasını təsəvvür edə bilmirəm. Müasir dövrdə də faşist ideologiyasına xidmət edənlər mütləq cəzalarını almalıdırlar.

“Qəsəbədəki yandırılmış evləri görəndə deməyə söz tapmadım. Faşizmin izləri insanı dəhşətə gətirir. Burada hər tərəfdən qəm, qüssə, kədər yağır”, - deyə M. Odriskol bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Oradur-sür-Qlan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.