SİYASƏT


Mariya Peyçinoviç Buriç: Mina xəritələrin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək

Strasburq, 22 iyun, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk. Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur. Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sualına cavabında ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Baş katibə sualla müraciət edərək soruşub: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoyaraq, bölgəmizdə davamlı sülh üçün nadir fürsət oldu. İndi hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında beynəlxalq aktorların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və etimadın qurulmasına dəstək verməsi vacibdir. Bu baxımdan, Avropa Şurasının iki üzv dövlət arasında barışığın təşviqi üçün hansı addımlar atacağını bilmək istərdim”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.