İDMAN


Mariya Stadnik: Dünya çempionu titulunu yenidən qazanmaq üçün var qüvvəmlə çalışacağam

Bakı, 2 oktyabr, AZƏRTAC

Macarıstanda çempionluq uğrunda mübarizə aparacağam. Yenidən dünya çempionu titulunu qazanmaq üçün var qüvvəmlə çalışacağam.

Bu sözləri AZƏRTAC-a Azərbaycanın məşhur qadın güləşçisi, Yay Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Mariya Stadnik deyib.

Dünya çempionatında rəqabətin gərgin olacağını bildirən M.Stadnik qeyd edib ki, qadın güləşçilərimiz medala iddiaçılar sırasında xüsusi yer tuturlar.

“Hər birimiz qələbə əzminə köklənmişik. Dünya çempionatına hazırlıq məqsədilə təlim-məşqlərimiz davam edir. Bizə bəslənilən ümidləri doğrultmaq üçün üzərimizdə işləyirik”, - deyə məşhur güləşçi bildirib.

Qeyd edək ki, oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.