İDMAN


Mariya Stadnik: Qələbəmi Azərbaycan xalqına həsr edirəm

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə döşək üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi: Ana 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.

Uzun fasilədən sonra xalçaya qayıdan M.Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: “Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.

Titullu güləşçimiz sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: “Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.