MƏDƏNİYYƏT


Mariya Suvorovskaya Bakının gözəlliyini vəsf edir

Moskva, 22 aprel, AZƏRTAC

Bakıda Mariya Suvorovskayanın Azərbaycan dilinə tərcümə edilmiş “Kaçeli nad Kaspiem” kitabının təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru Mariya Suvorovskayanın ötən il Bakıda çapdan çıxmış “Kaçeli nad Kaspiem” kitabı Azərbaycan dilinə tərcümə edilib. Bu barədə AZƏRTAC-a məlumat verən müəllif deyib: “Bu ilin martında Bakıya səfərim zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüm oldu. Görüşdə mənim “Kaçeli nad Kaspiem” kitabımın Azərbaycan dilinə tərcüməsindən danışdıq. Budur, artıq mayda Bakıda həmin kitabın təqdimatını keçirəcəyik”.

Suvorovskayanın sözlərinə görə, onun daha bir layihəsi – “World Business Guide. Аzerbaijan” Azərbaycanın Rusiya və dünyanın digər ölkələri ilə işgüzar qarşılıqlı fəaliyyətinə həsr olunacaq. O əlavə edib: “Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bizim layihəmizi dəstəklədi. Yeni jurnal Azərbaycanda nəşr ediləcək. “World Business Guide. Аzerbaijan” jurnalı sahibkarlıq əlaqələrinin qurulmasına, potensial tərəfdaşların və maraqlı təkliflərin üzə çıxarılmasına, yerli sahibkarların mal və xidmətlərinin təbliğinə, əməkdaşlıq körpülərinin yaradılmasına kömək edəcək”.

Həmsöhbətimiz daha sonra deyib: ”Bu da hələ hamısı deyil. Bəstəkar Olesya Yaroslavskaya mənim “Ya dışu Baku” şeirimə mahnı bəstələyib. Biz bu mahnıya klip çəkmişik və tezliklə gözəl müğənni və bəstəkar, “Şeron” qrupunun rəhbəri və solisti Rüstəm Zeynallı ilə birgə işimizə Azərbaycanın televiziya kanallarında baxmaq mümkün olacaq. Sizə daha bir sirr açım: klipdə Bəhram Bağırzadə də çəkilib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.