MƏDƏNİYYƏT


Mariya Teatrının Primorye səhnəsində Timur Əsgərovun iştirakı ilə “Don Kixot” baleti oynanılacaq

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 24-25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, iyulun 25-də səhnə əsərində Bazil rolunu Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov canlandıracaq. Baletin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr ediləcək. Səhnə əsərinin dünya premyerası 1869-cu ildə Moskvada Böyük Teatrda olub. Balet Mariya Teatrında ilk dəfə 1902-ci ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov gənclər üçün prezident mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.