SİYASƏT


Mariya Zaxarova: Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır

Moskva, 16 noyabr, AZƏRTAC 

Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini və siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də Bakıya səfər edəcəyini də bildirib. O, səfər çərçivəsində ikitərəfli münasibətlərin, aktual problemlərin müzakirə olunacağını vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.