SİYASƏT


Mariya Zaxarova: Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir

Bakı, 9 avqust, AZƏRTAC 

Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir. AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 9-da keçirdiyi brifinqdə səsləndirib.

M.Zaxarova qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin hərtərəfli irəliləməsi məqsədilə öz köməyini göstərmək niyyətinə sadiq qalır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə gəldikdə isə, Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, bu məsələdə Moskvanın mövqeyi dəyişməyib: Dağlıq Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməlidir.

Rusiya XİN-in rəsmisi əlavə edib: “Biz bu gün Ermənistan və Azərbaycan arasında təmas xəttində nisbi sakitlik müşahidə edilməsini məmnunluqla qeyd edirik. Bununla yanaşı, tərəflərin bir-birini müxtəlif məsələlərdə ittiham etməsi bizdə narahatlıq doğurur. Bu cür ritorika danışıqlar üçün əlverişli şərait yaranmasına və nəticədə kompromis əldə olunmasına kömək etmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.