DÜNYA


“Mariya” qasırğasının yaxınlaşması səbəbindən Tayvanın şimalında məktəblər bağlanılacaq

Bakı, 10 iyul, AZƏRTAC

Tayvanın şimalında Taybey, Taoyuan, Tszilun şəhərlərinin hökumət orqanları “Mariya” qasırğasının yaxınlaşması səbəbindən məktəblərdə məşğələləri bağlamaq qərarına gəlib. Bu barədə Tayvan Mərkəzi İnformasiya Agentliyi xəbər yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qasırğa İlan adlı yaşayış məntəqəsindən 490 kilometr məsafədə qeydə alınıb və saatda 28 kilometr sürətlə şimal-qərbə yönəlib. Sinoptiklər qasırğanın Tayvana yetişəcəyini proqnozlaşdırmır. Lakin qasırğa adanın hava şəraitinə təsir edə bilər. Hazırda orada güclü külək və leysan gözlənilir.

Qasırğanın iyulun 11-də Tayvandan şimala doğru keçəcəyi və Futszyan əyalətinin sahilinə yetişəcəyi gözlənilir. Ondan sonra qasırğa zəifləyəcək və Tszyansi əyalətinə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.