MƏDƏNİYYƏT


Markesin “Yüz ilin tənhalığı” romanı ekranlaşdırılır

Bakı, 7 mart, AZƏRTAC

ABŞ-ın “Netflix” kinoşirkəti dünya şöhrətli kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkəcək.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.

Qeyd edək ki, “Yüz ilin tənhalığı” yazıçının ən məşhur əsərlərindən biridir. Roman ilk dəfə 1967-ci ildə çap olunub. Əsər 46 dildə 50 milyon tirajla işıq üzü görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.