İQTİSADİYYAT


“Market Analysis Azerbaijan 2019” nəşri təqdim olunub

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Alman-Azərbaycan Xarici Ticarət Palatasında ("AHK Azərbaycan") "MarketAnalysis Azerbaijan 2019" eksklüziv nəşri təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann nəşrin "AHK Azərbaycan" tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunduğunu deyib.

Bildirib ki, nəşr Azərbaycan iqtisadiyyatının 14 prioritet sahəsi haqqında ümumi məlumatı, bazardakı hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumatı əhatə edir. "Market Analysis Azerbaijan 2019" Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.