MƏDƏNİYYƏT


“Marketinqə yeni baxış” mövzusunda konfrans

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Marketinqə yeni baxış” mövzusunda tələbələrin respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.

Qeyd olunub ki, tədbirin məqsədi tələbələr arasında elmi yaradıcılığın təbliği və yeni biliklərin əldə edilməsi kontekstində tədqiqatçı potensialına malik istedadlı və bacarıqlı tələbələrin aşkar edilməsindən ibarətdir.

ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov bu konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində əhəmiyyətli rol oynayacağını qeyd edib.

Marketinq kafedrasının müdiri Anar Eminov diqqətə çatdırıb ki, məhz marketinq sahəsindəki yeniliklərlə bağlı tələbələrin tədqiqatçı ampluasında fəaliyyəti təqdirəlayiqdir.

Konfransın plenar iclasında Türkiyənin Yaşar Universitetinin professoru Ömer Baybars Tek və ATMU-nun marketinq kafedrasının müəllimi Elmira Hacıyevanın müasir dövrdə marketinq sahəsində baş verən yeniliklər barədə çıxışları böyük marağa səbəb olub.

Konfransda fərqlənən tələbələrə diplom və sertifikatlar verilib.

Sonda konfrans materiallarından ibarət xüsusi kitabın çap olunması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.