İQTİSADİYYAT
“Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim təşkil ediləcək
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçirəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov “Marketinq nədir; Brend anlayışı və onun marketinqdə əhəmiyyəti”, “Marketinqin kommunikasiya əməliyyatları”, “Satış və onun təşkili prosesi”, “B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri” və s. mövzularında məruzə edəcək.
Təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz. Təlim ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]