İDMAN


Marko Reus Dortmund şəhərinin ən yaxşı idmançısı seçilib

Bakı, 5 fevral, AZƏRTAC

Almaniyanın “Borussiya” futbol klubunun yarımmüdafiəçisi Marko Reus 2018-ci ildə Dortmund şəhərinin ən yaxşı idmançısı seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçi “Ruhr Nachrichten” qəzetinin oxucuları və "Radio 91.2" radiosunun dinləyiciləri arasında keçirilən sorğuda birinci olub. Reus 11 min 300 nəfərin iştirak etdiyi səsvermədə 51.9 faiz səs toplayıb. İkinci yerdə avarçəkmə üzrə sabiq Olimpiya çempionu Rixard Şmidt (25.1 faiz) qərarlaşıb. İlk üçlüyü isə atlet Mohamed Mohamedi (23 faiz) tamamlayıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Almaniya millisinin və Bundesliqasının ən yaxşı futbolçusu seçilib. O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində 24 oyunda 14 qol vurub. Almaniya millisində isə 37 oyunda 10 dəfə fərqlənə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.