CƏMİYYƏT


Marneuli rayonunda 90 mindən çox insan tibbi müayinədən keçirilib

Tbilisi, 1 aprel, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda insanların koronavirusla əlaqədar termoskrininq metodu ilə tibbi müayinəsi davam edir. Artıq 92 min nəfərin hərarəti ölçülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Marneulinin meri Zaur Darğallı məlumat verib.

Onun sözlərinə görə, müayinə olunmuş insanlardan 6 nəfər səhra hospitalına yerləşdirilib və onların koronavirusla bağlı testlərinin nəticələri gözlənilir.

Z.Darğallı qeyd edib ki, Marneuli əhalisinin ərzaq məhsulları ilə təminatında heç bir problem yoxdur.

O, ötən gün tətbiqinə başlanılan komendant saatında Marneulidə vəziyyətin sakit olduğunu bildirib.

Qeyd edək ki, Marneulinin əhalisi 100 mindən çoxdur və onların 85 faizini azərbaycanlılar təşkil edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.