DÜNYA


Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsi uğrunda 15 namizəd mübarizə aparır

Tbilisi, 19 may, AZƏRTAC

Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə keçirilən seçkidə seçicilərin 15 faizə yaxını səsvermədə iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, saat 12:00-dək seçicilərin 14 faizdən çoxu səsvermədə iştirak edib.

Qeyd edək ki, Marneuli rayon icra başçısı vəzifəsi uğrunda 4-ü azərbaycanlı olmaqla 15 nəfər namizəd mübarizə aparır.

Rayonda 99 min 717 nəfər seçici qeydə alınıb.

Bu gün, həmçinin Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına icra başçıları seçiləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.