CƏMİYYƏT


Marneulidə 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Tbilisi, 29 may, AZƏRTAC

Gürcüstanda yerləşən “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə Marneulidə 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində gənclər Tbilisi şəhərinin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.

Sonra tədbir Marneulidəki “Çay Evi”ndə (Tea house) davam edib. Burada "Kitab klubu” çərçivəsində gənclərə Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verilib.

“Çay Evi”nin layihə rəhbəri Emin Əhmədov, ədəbiyyatşünas və tərcüməçi Oktay Ağayev, tanınmış jurnalist, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı gənclərə Azərbaycanın və Gürcüstanın 104 il əvvəl müstəqillik əldə etməsinin tarixi əhəmiyyəti, Cümhuriyyətin süqutunun səbəbləri, iki ölkənin keçdikləri şərəfli yol barədə ətraflı məlumat veriblər.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.