CƏMİYYƏT


Marneulidə Azərbaycanın və Gürcüstanın Müstəqillik günü qeyd olunub

Tbilisi, 24 may, AZƏRTAC

ürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhərinin meri Kənan Ömətov, sakrebulun sədri Amiran Georgadze, Qardabani və Bolnisi rayonlarının bələdiyyə sədrlərinin müavinləri, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Sonra GAK sədri Hüseyn Yusifov çıxış edərək, Azərbaycanın və Gürcüstanın müstəqillik tarixinə nəzər salıb. Bildirib ki, GAK müstəqillik günlərini hər il bir təşkilat və məktəblə qeyd edir. Bu gün isə tədbir Qullar kənd məktəbi ilə birlikdə təşkil olunub. Əsas məqsəd bu bayramın xalqımız üçün necə vacib və əhəmiyyətli olduğunu gənc nəslə çatdırmaqdır. O, bu yöndə təşkilata göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC-a minnətdarlıq edib.

Qullar kənd məktəbinin direktoru Hümbət Hüseynov bildirib ki, bu cür tədbirlərin təkcə məktəblərdə deyil, eyni zamanda, onların iştirakı ilə daha geniş və böyük auditoriyada keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Gürcüstan parlamentinin deputatı Zaur Darğallı çıxışında Gürcüstanın və Azərbaycanın regiondakı rolu barədə ətraflı məlumat verib.

Bildirib ki, bu gün bu iki ölkə regionda sülhün və sabitliyin bərqərar olunmasında mühüm rol oynayır. O, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri barədə məlumat verib, bu layihələrin təkcə region ölkələrinin deyil, dünya ölkələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Deputat Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana, eləcə də Baş nazir İrakli Qaribaşvilinin Bakıya son səfərlərini xatırladıb, bu səfərlər nəticəsində münasibətlərimizin daha da inkişaf etdiyini vurğulayıb.

Sonra Marneuli rayonunun meri Kənan Ömərov çıxış edərək, müstəqillik dövründə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında iki ölkənin müstəqillik uğrunda mübarizəsi haqqında danışıb. Bildirib ki, 1990-cı ildə hər iki ölkənin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələri daha da inkişaf edib və möhkəmlənib.

Diplomat ölkələrimiz arasında əlaqələrin inkişafında, enerji və nəqliyyat layihələrinin reallaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edib.

O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində Gürcüstanda yaşayan soydaşlarımızın rolunu da xüsusi vurğulayıb.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluq münasibətlərinin dünyada nümunə olduğunu söyləyən E.Bayramov deyib ki, bu gün təkcə Azərbaycanda deyil, Gürcüstanda və Türkiyədə ölkələrimizin müstəqillik bayramı ilə yanaşı, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin də qeyd olunması dostluq və qardaşlığımızın əyani sübutdur.

Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Kazım Qartal, sabiq deputat, politoloq Ruslan Hacıyev, Marneuli sakrebulunun sədri Amiranə Georqadze, ictimai-siyasi xadim Mirağa Mustafayev və başqaları çıxış edərək, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barədə danışıb, müstəqillik dövründə əldə olunmuş uğurlar, qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Tədbirdə Qullar kənd məktəbinin şagirdləri müstəqilliyə, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğuna dair şeirlər söyləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.