CƏMİYYƏT


Marneulidə Nəriman Nərimanovun xatirəsi anılıb

Tbilisi, 14 aprel, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri, görkəmli ictimai və dövlət xadimi, yazıçı-dramaturq, həkim Nəriman Nərimanovun 149 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki N. Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasim iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər böyük ədibin həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərin sərgisinə baxıblar.

Tədbirdə inteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva, mərkəzin idarə heyətinin sədri Murad Muradov, parlament deputatı Ruslan Hacıyev, N.Nərimanov adına Xatirə Muzeyinin rəhbəri Rəna Dəlivəlova, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları Nəriman Nərimanovun həyat və yaradıcılığından, Gürcüstandakı fəaliyyətindən geniş söhbət açıblar.

Tədbirdə N.Nərimanov irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.