CƏMİYYƏT


Marneulidə azərbaycanlı gənclər üçün xüsusi təlimlər keçirilir

Tbilisi, 26 noyabr, AZƏRTAC

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda azərbaycanlı gənclər üçün növbəti təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimlər “Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Akademiyası" layihəsi çərçivəsində təşkil olunur. Layihə Gürcüstan Xarici İşlər Nazirliyi nəzdindəki “NATO və Avropa Birliyi Haqqında İnformasiya Mərkəz”inin Kvemo Kartli bürosu və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.

Noyabrın 25-də təlimçi Temo Suxaşvili dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verib. Noyabrın 26-da isə digər təlimçi David Dzidzişvili “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçib.

SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov bildirib ki, təlimlərin əsas məqsədi region gənclərinə NATO və Avropa İttifaqının tarixi barədə ətraflı məlumat vermək, onların Gürcüstanın Qərbə inteqrasiya prosesi, imkan və üstünlükləri haqqında məlumatlılığının artırılmasıdır.

“İlin sonunadək davam edəcək layihədə 28 nəfər gənc iştirak edir” - deyə, Əhmədov vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.