SİYASƏT


Marneulidə görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 12 may, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Marneulidə Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə GAİM-in icraçı direktoru Rafiq Hümmət, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, şair-pedaqoq Fatma Aslan, ictimai xadim Səyyad Xəlilov, Elmi Araşdırmalar Assosiasiyasının rəhbəri Ehtiram Əmirxanlı, Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları xalqımızın Ümummilli Liderinin parlaq şəxsiyyəti və uzaqgörən siyasəti barədə danışıblar.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub, GAİM-də təhsil alan şagirdlərin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.