CƏMİYYƏT


Marneulidə müasir tipli yeni ictimai məktəb tikilir

Tbilisi, 10 iyul, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində yeni, müasir tipli ictimai məktəb tikilir.

Marneuli şəhər merinin vəzifələrini icra edən Zaur Tabatadze, parlamentin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər binanın tikildiyi ərazidə olub, inşaat işləri ilə maraqlanıblar.

Hakimiyyət nümayəndələri bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkədə təhsilin inkişafına dəstəklə yanaşı, milli azlıqların təhsil probleminin həllinə yönəlib. Qeyd edilib ki, Marneuli şəhəri 1 saylı ictimai məktəbin inşasının 2019-cu il aprel ayında başa çatdırılması nəzərdə tutulub. Məktəb 196 şagird üçün nəzərdə tutulub. İnşaat işləri üçün dövlət büdcəsindən 514 min 760 lari ayrılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.