İDMAN


Marneulidə şahmat turniri təşkil olunub

Tbilisi, 27 may, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərində “İnkişaf və Təhsil Mərkəzi”nin həyata keçirdiyi “Gənclər idmanı seçir” layihəsi çərçivəsində şahmat üzrə blits turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş turnirdə 16 gənc iştirak edib.

Azərbaycanlı gənc şahmatçılar Azər Süleymanov birinci, Cahandar Bayramov ikinci, Qasım Əliyev isə üçüncü yerə çıxıblar.

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov AZƏRTAC-a bildirib ki, “Gənclər idmanı seçir” layihəsi çərçivəsində voleybol, oxçuluq, futbol üzrə yarışlar da keçirilir. Mayın 29-da bütün turlara yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.

Onun sözlərinə görə, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmana marağını artırmaq, eləcə də daha güclü uşaqları seçib rayon və respublika birinciliklərinə çıxarmaqdır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.