REGİONLAR
Marneulidəki ərzaq istehsalı zavodu yeni mövsümə hazırlaşır
Tbilisi, 1 aprel (AZƏRTAC). Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki ərzaq istehsalı zavodunun direktoru İrina Qaprindaşvili müəssisənin yeni mövsümə hazırlaşdığını bildirmişdir. O demişdir ki, hazırda zavodun işçiləri pomidor və xiyar şitillərinin yetişdirilməsi ilə məşğuldurlar.
Direktor müəssisənin müasir avadanlıqlarla təchiz olunduğunu, əlavə traktorlar, xiyar toplayan qurğular alındığını qeyd etmişdir.
Müəssisəni kənd təsərrüfatı məhsulları ilə “Marneuli aqro” şirkəti və yerli fermerlər təmin edirlər. İtaliya avadanlıqları ilə təchiz olunmuş zavod sutkada 500 ton pomidor emal etmək gücünə malikdir. Müəssisə tam avtomatlaşdırılmışdır ki, bu da keyfiyyətli məhsul istehsalına şərait yaradır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]