CƏMİYYƏT


“Marş İrəli: Naxçıvan” layihəsinə yekun vurulub

Bakı, 11 sentyabr, AZƏRTAC

“İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə həyata keçirilən “Marş İrəli” layihəsinin dördüncü mövsümü uğurla başa çatıb.

İB-dən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında baş tutan tədbirdə gender balansı saxlanılmaqla ümumilikdə 100 nəfərə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində gənclər muxtar respublikada yerləşən Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra layihənin açılış mərasimi baş tutub. Mərasimdə silsilə formada keçirilən layihə barədə ətraflı məlumat verilib.

“Marş İrəli” layihəsinin dördüncü mövsümü müddətində gənclər açıq hava şəraitində, düşərgə formatında ekstremal şəraitdə qalaraq bir sıra idman və sosial fəaliyyətlərdə iştirak ediblər. Həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyalar da təşkil olunub. İştirakçılar, o cümlədən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib, “Naxçıvan” Təlim Mərkəzində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin bir sıra fəaliyyətləri ilə tanış olublar.

İntellektual oyunlar, komanda təqdimatları, informasiya müharibəsinin əhəmiyyəti, əlbəyaxa döyüş, parada hazırlıq təlimləri və komanda təqdimatları ilə davam edən layihədə iştirakçılar 8 komanda halında birincilik uğrunda mübarizə aparıblar. Sonda fəaliyyətlər çərçivəsində ən yüksək bal toplamış 3 komanda kubok və müxtəlif dəyərli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, hazırkı dövrədək “Marş İrəli” layihəsinin üç mövsümü uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü Goranboy, üçüncü mövsümü isə Göygöl rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.

“İrəli” İB tərəfindən növbəti fəaliyyət müddətində də gənclərdə qələbə ruhunun formalaşması və hərtərəfli inkişafı istiqamətində tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.